Nazir müavini: "Heyvandarlıqda yeni subsidiya modelləri tətbiq ediləcək"
Azərbaycanda heyvandarlıq sektorunda yeni subsidiya modelləri tətbiq ediləcək.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bu gün Bakıda keçirilən "Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların II Beynəlxalq Forumu"nda bildirib.
Z. Əliyev qeyd edib ki, hazırda sektorda ekstensiv modellərin üstünlük təşkil etməsi məhsuldarlığa mənfi təsir göstərir: "Heyvandarlıqda daha çox ekstensiv model üzərində formalaşmış, nisbətən kiçikölçülü təsərrüfatçılıq daha geniş yayılıb. İribuynuzlu heyvandarlıqda da daha çox yüksək paya sahib olan yerli cins heyvanlara malikik ki, onların da südçülük istiqamətində məhsuldarlığı digər cinslərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır".
Onun sözlərinə görə, yeni dövlət proqramı çərçivəsində subsidiyaların strukturu birbaşa məhsul istehsalına yönəldiləcək: "Yeni dəstək modelləri daha çox məhsul subsidiyası ağırlıqlı nəzərdə tutulur ki, burada məqsəd sənayeyə yönələn məhsulun həcmini artırmaqdır. Bura ilkin olaraq süd və müəyyən tələb daxilində ətə yönələcək dəstək alətləri, həmçinin cins heyvan sayını artırmağa xidmət edən subsidiyalar daxildir. Həmçinin cins heyvan sayını artırmağa yönəlik cins heyvan subsidiyası aləti də artıq ciddi şəkildə müzakirə olunur və tətbiqi nəzərdə tutulur".
Z.Əliyev investisiya qoyuluşlarına verilən dəstəyin ikiqat artırılacağını vurğulayıb: "Kapital qoyuluşuna yönəli dəstəklərimiz isə həm avadanlıq güzəştləri, həm idxal olunan və yaxud da ölkədə yetişdirilən cins damazlıq düyələrə verilən dəstəklər həcm olaraq planlanan mövcud həcmin iki qatı həcmində nəzərdə tutulub. Xırdabuynuzlu heyvandarlıqda isə yarı-intensiv modelə keçid, otlaqların bərpası və içməli su təminatı ilə bağlı xüsusi yeni təşviq alətləri tətbiqi nəzərdə tutulub".
Oxşar xəbərlər
Sahil Babayev: “Subsidiya sistemi və məhsul subsidiyası genişləndiriləcək”
Ermənistanın çirkləndirdiyi Azərbaycanın tranzit çayları üzərində su kanallarının tikintisi planlaşdırılır
Nazir müavini: "Kənd təsərrüfatında yeni təşviq və maliyyə alətləri tətbiq edilməlidir"
Rəfail Quliyev: "Naxçıvanda kənd təsərrüfatına fərqli və daha innovativ yanaşma olmalıdır"
Azad edilmiş ərazilərdən ixrac edilən məhsullara 100 % logistika subsidiyası tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
