

Sahil Babayev: “Subsidiya sistemi və məhsul subsidiyası genişləndiriləcək”
Azərbaycanda subsidiya sistemi və məhsul subsidiyası genişlənməsi üzrə işlər aparılır.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə kənd təsərrüfatı sektoruna 1,1 milyard manat vəsait ayrılıb və bunun təxminən 500 milyon manatı fermerlərə subsidiya şəklində verilib: “Subsidiyaların effektivliyi daim təhlil edilir və sistemin nəticəyönümlü formaya salınması üzərində işlər aparılır. Subsidiyaların funksional uğur səviyyəsini ətraflı təhlil etmək üçün geniş məlumat bazası lazımdır. Amma ümumi yanaşma olaraq deyə bilərəm ki, bu gün əhalinin təxminən 30 %-i kənd təsərrüfatında məşğuldur. Bu rəqəm tam uçotla müəyyənləşdirilməsə də, ehtimallara əsasən bu səviyyədədir”.
Nazir vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması yalnız Azərbaycana xas deyil, bu, dünyanın bir çox ölkəsində tətbiq edilən dəstək mexanizmidir: “Dünyanın hər yerində kənd təsərrüfatı məhsullarına subsidiyalar verilir. Fikrimcə, Azərbaycanda bu məbləğ həddindən artıq böyükdür. Əksinə, xüsusilə ixrac potensialı olan məhsullar üzrə biz bəzi ölkələrdən daha yüksək səviyyədə subsidiyalar təqdim edirik”.
S. Babayev əlavə edib ki, Azərbaycanın torpaq və suvarma imkanları, eləcə də digər təbii məhdudiyyətlər dövlət dəstəyini zəruri edir: “Bu səbəbdən də kənd təsərrüfatına subsidiyaların ayrılması davam etməlidir. Lakin bu proses nəticəyönümlü olmalı və qiymətləndirmə mexanizmləri ilə müşayiət olunmalıdır”.
Nazir söyləyib ki, hazırda subsidiyaların yeni formaları üzərində işlər gedir: “Məhsul subsidiyası seqmentinin genişləndirilməsinin tərəfdarıyıq. Harada mümkündürsə, ərazi subsidiyasından məhsul subsidiyasına keçid edəcəyik. Lakin bəzi seqmentlərdə – xüsusilə az gəlirli və strateji məhsullar üzrə ərazi subsidiyalarını davam etdirməyə məcbur olacağıq. Çünki ərazi subsidiyasından imtina bu məhsulların istehsalına marağı tamamilə azalda bilər. Amma bu məhsullar bizim üçün həm də ərzaq təhlükəsizliyi baxımından vacibdir”.
S.Babayev vurğulayıb ki, bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işlər davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda subsidiya ödənişi 26 % artırılır
Nazir: “Publik hüquqi şəxslərin büdcədən maliyyələşməsi məhdudlaşdırılmalıdır”
Maliyyə naziri: “Hesablama Palatasının tövsiyəsi ilə hökumətin yanaşması fərqli ola bilər”
Nazir dekabrda büdcə xərclərinin artmasına aydınlıq gətirib
İlhamə Qədimova: “Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93 milyon manat subsidiya ayrılıb”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
