Məcnun Məmmədov: "Latviya ilə aqrar sahədə prioritet istiqamətlər üzrə razılıq əldə olunub" - EKSKLÜZİV
Azərbaycan ilə Latviya arasında kənd təsərrüfatı sahəsinin bir neçə prioritet istiqamətində əməkdaşlığa dair razılıq əldə olunub.
Bu barədə "Sizinxeber.az"un Şuşaya ezam olunmuş müxbirinə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə Latviya balıqçılıq və meşə təsərrüfatı sahəsində əməkdaşlıq edəcək: "İki ölkə arasında həm heyvandarlıq, həm də balıqçılıq sahəsində əməkdaşlıq imkanları var. Latviya Azərbaycanda meşə təsərrüfatının yaxşılaşdırılmasını, meşələrin həcminin artırılması təklif edib. Onların bununla bağlı yaxşı təcrübələri var və bundan yararlanmağı təklif elədilər. Bu istiqamətdə müzakirələr apardıq".
M.Məmmədov qeyd edib ki, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının bundan əvvəlki iclası 2022-ci ildə keçirilib: "Bunun yenidən bərpa edilməsinə nail olduq".
Nazir vurğulayıb ki, Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana planlaşdırılan səfəri iki ölkə arasındakı münasibətlərin dinamikasına müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
Bu gün Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası olacaq
Azərbaycan-Latviya Biznes Şurası yaradıla bilər
Armands Krauzen: "Azərbaycanda meşə örtüyü 23 %-ə çatdırıla bilər"
Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclası gələn həftə Şuşada keçiriləcək - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
