Bu gün Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası olacaq
Bu gün Şuşada Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçiriləcək.
"Report" xəbər verir ki, iclasda Azərbaycan tərəfdən Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bankın, Latviya tərəfdən də aidiyyatı qurumların rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.
İclasda Azərbaycanla Latviya arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və digər məsələlər müzakirə olunacaq, iclasın yekunlarına dair protokol imzalanacaq.
Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın həmsədrləri bu iki ölkənin kənd təsərrüfatı nazirləri Məcnun Məmmədov və Armands Krauzedir.
Xatırladaq ki, Hökumətlərarası Komissiyanın 8-ci iclası 2022-ci ilin mayında Riqada keçirilib. 9-cu iclas ötən il mayın 12-də keçirilməli olsa da, əvvəlcə ötən ilin payızına qədər, daha sonra isə qeyri-müəyyən müddətə təxirə salınmışdı.
Oxşar xəbərlər
Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclası gələn həftə Şuşada keçiriləcək - EKSKLÜZİV
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir
Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclasının vaxtı dəyişdirilib
Məcnun Məmmədov: "Latviya ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət veririk"
Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
