Nazirlik: Arpa sahələrinin 29 %-də biçin yekunlaşıb
Azərbaycanda arpa sahələrinin 28,7 %-də biçin prosesi yekunlaşıb.
"Sizinxeber.az" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu il ölkə üzrə 932 319 hektar sahədə payızlıq taxıl əkini aparılıb: "Əkin sahələrinin 505 696 hektarını buğda, 426 623 hektarını arpa sahələri təşkil edir. Hazırda biçin proses 40 rayonda arpa sahələrində aparılır".
Qeyd edilir ki, bugünədək ölkə üzrə 4 141 hektar buğda, 122 265 hektar arpa sahəsi biçilib. Sahələrdən 13 032 ton buğda, 381 604 ton arpa yığılıb. Ölkə üzrə buğda sahələrinin 0,8 %-də biçin prosesi yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 31,5 sent/ha, arpa üzrə isə 31,2 sent/ha təşkil edir. Operativ məlumata görə, buğda üzrə ən yüksək məhsuldarlıq Salyan (50 sent/ha) və Bərdə (41,3 sent/ha) rayonlarında, arpa üzrə ən yüksək məhsuldarlıq isə Hacıqabul (48 sent/ha) və Oğuz (40 sent/ha) rayonlarında qeydə alınıb.
"Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. Bu bölgələrdə iyunun son ongünlüyündə buğda biçininə start veriləcək.
Hazırda taxıl biçinində 1 356 taxılyığan kombayn iştirak edir. Bunlardan 573 ədədi “Aqroservis” ASC-nin, 783 ədədi isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Biləsuvarda arpa əkini başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
