Azərbaycanda dincə qoyulmuş torpağa görə subsidiya veriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda dincə qoyulmuş torpağa görə subsidiya veriləcək


Azərbaycanda dincə qoyulmuş torpağa görə subsidiya veriləcək.

Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.

Dincə qoyulmuş torpaq subsidiyası əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Şuranın müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə verilən subsidiya olacaq.

Dincə qoyulmuş torpaq subsidiyasının məbləği aşağıdakı qaydada hesablanacaq:

baza məbləği × dincə qoyulmuş torpaq əmsalı = dincə qoyulmuş torpaq subsidiyası∙dincə qoyulmuş torpaq əmsalı – müəyyən ərazilər üzrə dincə qoyulmuş torpaqlar üçün Şuranın müəyyən etdiyi göstərici.

Oxşar xəbərlər

Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə və camış balasına görə subsidiya veriləcək
Camış balasına görə 100 manat subsidiya veriləcək
Əkin subsidiyasının verilmə qaydası dəyişib
Azərbaycanda subsidiya proqramında bitkilərin siyahısı genişləndirilib
Azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi qaydası müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər