Nigeriyada keçirilən əməliyyat nəticəsində 21 silahlı dəstə üzvü öldürülüb
Nigeriyanın şimalındakı Katsina əyalətində keçirilən əməliyyatda 21 silahlı dəstə üzvü öldürülüb.
Sizinxeber.az xəbər verir ki, ölkədə həyata keçirilən “Meşə Sağlamlığı III” əməliyyatı çərçivəsində ştatın Faskari bölgəsindəki Şavu meşəsində silahlı dəstə üzvlərinə qarşı əməliyyat keçirilib.
Əməliyyat zamanı 21 silahlı dəstə üzvü öldürülüb, çoxlu sayda dəstə üzvü isə yaralanaraq xilas qaçıb.
Silahlı dəstə üzvlərinə aid 40 motosiklet və sursatın da ələ keçirildiyi bildirilir.
Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror qruplarının hücumları ilə üzləşib.
Ölkədə adam oğurluğuna görə cəza ölüm hökmü olsa da, fidyə qarşılığında adam oğurluğu adi haldır.
Silahlı şəxslər adətən ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır, fidyə tələb edirlər.
Oxşar xəbərlər
Nigeriyada avtobusa silahlı hücum olub, 8 nəfər öldürülüb
Nigeriyada antiterror əməliyyatı zamanı 200-ə yaxın silahlı öldürülüb
Nigeriyada 70 “Boko Haram” üzvü zərərsizləşdirilib
“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər
Türkiyə SQ İraq və Suriyada 17 terrorçu zərərsizləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
