Sahibə Qafarova Britaniya səfiri ilə parlamentlərarası və iqtisadi əlaqələri müzakirə edib
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyata ən çox investisiya yatıran ölkədir.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld ilə görüşdə müzakirə aparılıb.
Sədr bu kontekstdə enerji sahəsində əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.
Görüşdə yüksək səviyyəli səfərlərin və görüşlərin ölkələr arasında əməkdaşlıq gündəliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti önə çəkilərək, Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərləri, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin COP29-da iştirak üçün Azərbaycana səfəri, həmçinin qarşı tərəfdən reallaşdırılan bir sıra digər yüksək səviyyəli səfərlər qeyd olunub.
Söhbət zamanı bildirilib ki, iqtisadi əlaqələr iki ölkə arasında ikitərəfli münasibətlərin əsas tərkib hissələrindən biridir.
Diqqətə çatdırılıb ki, Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan biridir. Spiker Sahibə Qafarova qanunvericilik orqanları arasında əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və sıx dialoqun əhəmiyyətindən danışıb.
Səfir Fergus Auld ölkələr arasında mövcud olan sıx əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika, alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib.
Oxşar xəbərlər
Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb
Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb
Sahibə Qafarova Çinin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb
Sahibə Qafarova sudanlı səfirlə parlamentlərarası əməkdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
