Azərbaycan Keniya ilə energetika sahəsində memorandum imzalayıb
Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüş keçirilib.
İki ölkə arasında imzalanmış sənəd neft və qaz, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG), elektrik enerjisi və bərpa olunan enerji sahələri ilə yanaşı, birgə investisiyaların təşviqini və enerji infrastrukturunun, xüsusilə şəbəkələrin təkmilləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.
Bu təşəbbüs Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişləndirilməsi və yeni bazarlara çıxış imkanlarının artırılması baxımından mühüm addımdır.
Keniyanın enerji və neft naziri James Opiyo Vandayi () ilə onlayn formatda görüş keçirdik. Görüş çərçivəsində Respublikasının Energetika Nazirliyi () ilə Respublikasının Enerji və Neft Nazirliyi () arasında energetika…
— Parviz Shahbazov (@ParvizShahbazov)
Oxşar xəbərlər
Azərbaycan və Keniya energetika sahəsində sənəd imzalayıb
Azərbaycanla Somali neft-qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək
Çinlə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqatına dair Saziş imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








