Zelenski Prezident İlham Əliyevi təbrik edib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Sizinxeber.az" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Azad Ukrayna və Azərbaycan həmişə öz münasibətlərini ortaq dəyərlərə, qarşılıqlı dəstəyə, hörmətə və hərtərəfli əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq ruhunda inkişaf etdirməyə çalışmışlar.
Əminəm ki, strateji tərəfdaşlıq münasibətlərinin dinamikası yalnız qorunub saxlanılmayacaq, eyni zamanda, Ukrayna və Azərbaycan xalqlarının maraqları naminə daha da möhkəmləndiriləcəkdir.
Bu gün Rusiyaya qarşı mübarizədə Ukrayna beynəlxalq dəstəyi yüksək qiymətləndirir və biz Azərbaycanın dövlətimizin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq dəstəkləməsinə, eləcə də humanitar yardım göstərilməsinə görə minnətdarıq.
Bu fürsətdən istifadə edərək, Sizə, çox hörmətli cənab Prezident, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
Ukrayna Prezidenti: Azərbaycanla hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Ukrayna Prezidentinə təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkmənistanın Prezidenti İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sloveniya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Volodimir Zelenski: Həlledici məqamda göstərilən köməyə görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlığımı bildirirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












