İqor Qarafuliç: "WUF13 istiqamətində hazırlıqlar işləri yüksək səviyyədədir"
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı hazırlıq prosesi uğurla davam edir və tədbirin əməliyyat tərəfi tam təmin olunub.
Bunu "Sizinxeber.az"a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç bildirib.
Onun sözlərinə görə, hazırlıq işləri mütəmadi olaraq yerindəcə izlənilir: "Mən pavilyonların sıfırdan başlayaraq indiki vəziyyətinə qədər necə gəldiyini görmüşəm. Buna görə də, əməliyyat tərəfindən forumun uğurlu olacağına tam əminəm".
İ.Qarafuliç qeyd edib ki, Azərbaycan qlobal urbanizasiya müzakirələrində mühüm rol oynayır: "Dünyanın müharibələr içində olduğu bir vaxtda Azərbaycanın dialoq üçün məkan təqdim etməsi, nazirləri və dövlət başçılarını bu vacib məsələləri müzakirə etmək üçün bir araya gətirməsi hökumətin fəxr etməli olduğu bir məqamdır".
Rezident-əlaqələndirici forum çərçivəsində genişmiqyaslı tədbirlərin planlaşdırıldığını vurğulayıb: "Hər bir mövzu üzrə dərin söhbətlərimiz, dəyirmi masalar, panellər, mühazirələr və sərgi (ekspo) təşkil olunacaq. Şəhərsalma ilə maraqlanan hər kəsi qeydiyyatdan keçməyə və Bakıda keçiriləcək WUF13-ə gəlməyə dəvət edirəm. Qeydiyyat hər kəs üçün açıqdır".
Oxşar xəbərlər
BMT: Aprel ayında Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq planı təsdiqlənəcək
BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq
BMT Azərbaycanla daha hədəfli və strateji əməkdaşlıq modelinə keçid edir
Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumuna hazırlıq işlərinə başlanılıb
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
