İlham Əliyevin Kopenhagendə Fransa prezidenti ilə görüşü olub
sizinxeber.az xəbər saytı

İlham Əliyevin Kopenhagendə Fransa prezidenti ilə görüşü olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub.

Sizinxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib.

Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev Kopenhagendə Moldova prezidenti ilə görüşüb
İordaniyanın Kralı Prezident İlham Əliyevə zəng edib
Antonio Koşta Azərbaycanla Ermənistan arasında sülh sazişin paraflanması münasibətilə İlham Əliyevi təbrik edib
İlham Əliyev Albaniya Prezidentini Vaşinqton görüşü barədə məlumatlandırıb
Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle