10
iy
2026
07:50
yuxarı
"Porsche" satışları 2026-cı ildə 16 faiz azalıb
"Porsche" satışları 2026-cı ildə 16 faiz azalıb
"Porsche" avtomobillərinin satışları 2026-cı ildə 16 faiz azalıb.
Bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, yanvar-iyun aylarında şirkət ümumilikdə 122 306 avtomobil satıb. Bu, 2020-ci ildən bəri ən zəif göstəricidir.
Satışlarda ən böyük azalma Şimali Amerika və Çin bazarlarında qeydə alınıb.
Şirkət azalmanın səbəbləri sırasında benzin mühərrikli 718 modelinin istehsalının başa çatmasını, elektrik Macan modelinə ilkin marağın səngiməsini və ABŞ-da hibrid və elektromobil sahibləri üçün vergi güzəştlərinin dayandırılmasını göstərib.
Bizimlə əlaqə saxlayın
×
×
