Liviya Prezident Şurasının Sədri: "Bakı orijinallıqla müasirliyin qarşılıqlı əlaqəsinin nümunəsidir"
Bakı orijinallıqla müasirlik arasında qarşılıqlı əlaqənin nümunəsini təmsil edir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi bildirib.
"Birləşmiş Millətlər Təşkilatının (BMT) bu mühüm tədbirində görüşümüz münasibətilə sessiyaya ev sahibliyi edən Azərbaycanın Prezidenti İlham Heydər oğlu Əliyevə, dost Azərbaycana və onun xalqına səmimi təşəkkür və minnətdarlığımızı bildiririk. Bakı orijinallıqla müasirlik, eləcə də irslə şəhərsalma sahəsində gələcəyə yönəlmiş baxış arasında qarşılıqlı əlaqənin nümunəsini təmsil edir", - deyə o qeyd edib.
Qonaq həmçinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) şəhər icmalarının çətinliklərinin həllində beynəlxalq əməkdaşlığı gücləndirmək istiqamətindəki davamlı səylərinə, eləcə də müasir platforma və alətlərin yaradılması sahəsindəki fasiləsiz fəaliyyətinə görə təşəkkür edib: "Bu alətlərin başında duran Qlobal Tədbirlərin İdarə Edilməsi Sistemi beynəlxalq iştirakın artırılmasına, dövlət qurumları və şəhərsalma ilə bağlı inkişaf layihələri üzrə ekspertlər arasında koordinasiya və qarşılıqlı əlaqənin asanlaşdırılmasına yönəlmiş mütərəqqi bir yanaşmanı əks etdirir".
"Buillik forumun mövzusu olan "Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" sadəcə beynəlxalq bir tədbirin adı deyil, əksinə, şəhərlərin gələcəyinə yenidən baxmaq və insanların təhlükəsiz, ləyaqətli və davamlı mənzil hüququnu necə təmin etmək barədə qlobal bir çağırışdır. Bu gün dünya, sosial bərabərsizliklərin kəskinləşdiyi, iqlim dəyişikliyinin artan təsirləri, sürətli şəhər böyüməsi, miqrasiya və məcburi köçkünlük göstəricilərinin yüksəldiyi bir şəraitdə milyardlarla insana təsir edən və getdikcə böyüyən bir mənzil böhranı ilə üz-üzədir. Nəticə etibarilə, mənzil təminatı artıq dar çərçivəli bir məsələ deyil, sabitliyin, inkişafın və ictimai təhlükəsizliyin fundamental sütununa çevrilib. Liviyada biz daha dayanıqlı, inklüziv və ədalətli şəhərlərin salınmasının vacibliyini tam şəkildə dərk edirik", - deyə Məhəmməd Yunis Əl-Mənfi əlavə edib.
Oxşar xəbərlər
Məhəmməd Yunis Əl-Mənfi: "Şəhərsalma probleminin həlli ədalətli və çevik maliyyələşdirmə tələb edir"
Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib
UN-Habitat Assambleyasının prezidenti: Bakı WUF13 dövründə dünya paytaxtına çevrilib
Liviya Prezident Şurasının Sədri Azərbaycan dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev Liviya rəhbərini milli bayram münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
