Kıvanç Tatlıtuğ həyatdakı ən böyük uğurunu açıqladı
sizinxeber.az xəbər saytı

Kıvanç Tatlıtuğ həyatdakı ən böyük uğurunu açıqladı


Aktyor Kıvanç Tatlıtuğ həyatdakı ən böyük uğurunun həyat yoldaşı Başak Dizer olduğunu bildirib.

Sizinxeber.az xəbər verir ki, aktyor ən böyük uğurun alqışlanmaq olmadığını qeyd edib:

"Mən sevdiyim qadınla qocalmaq üçün yola çıxdım. Günün sonunda evə getdiyimdə rahatlıq tapa bilirəmsə, bu mənim üçün ən böyük uğurdur. Uğur təkcə alqışlanmaq deyil, arxanda nə qoyduğundur".

Kıvanç Tatlıtuğ həyatdakı ən böyük uğurunu açıqladı

Xatırladaq ki, Kıvanç Tatlıtuğ stilisti Başak Dizer ilə 2016-cı ildə Fransanın Paris şəhərindəki Türkiyə səfirliyində keçirilən sadə bir mərasimlə evləniv.

Cütlüyün 15 aprel 2022-ci ildə Kurt Efe adlı bir oğlu dünyaya gəlib.

Onların sevgi hekayəsi Kıvanç Tatlıtuğun baş rolu canlandırdığı, Başak Dizerin isə stilisti olduğu "Aşk-ı Memnu" serialının çəkiliş meydanında başlayıb.

Başak Kıvançdan 6 yaş böyükdür.

Kıvanç Tatlıtuğ həyatdakı ən böyük uğurunu açıqladı

Oxşar xəbərlər

"Həyat yoldaşı Manananın pulu ilə ona iki maşın hədiyyə edib" - Coşqun Rəhimov
"Space"in yeni rəhbəri kimdir? - DOSYE
"Sabah" öz meydanında "Kəpəz"ə məğlub oldu
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib
"Avroviziya" şərhçilərimiz onlar olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər