İlham Əliyev sərəncam imzaladı
sizinxeber.az xəbər saytı

İlham Əliyev sərəncam imzaladı


Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (“UN-Habitat”) vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

President.az-ın xəbərinə görə, sərəncamda deyilir ki, qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlərin əsas hədəfinə çevrilib. Ötən illərdə Azərbaycan bu sahədə BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlıq edərək, qeyd olunan hədəfin reallaşmasına mühüm dəstək göstərib.

Təsadüfi deyildir ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işləri BMT-nin “Dayanıqlı inkişaf məqsədləri” təşəbbüsünün prinsipləri əsasında həyata keçirilir.

Gələcək inkişafın və rifahın əsas qüvvəsi olan şəhərlərin davamlı inkişafı naminə ölkələrin fəal əməkdaşlığı qlobal sülhə, təhlükəsizliyə və inkişafa mühüm töhfə ola bilər.

Dünyada dayanıqlı şəhərlərin inkişafı istiqamətində faydalı əməkdaşlığın genişlənməsinə, eləcə də bu çərçivədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəstək göstərmək məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılır.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Oxşar xəbərlər

Bakı bu tədbirə ev sahibliyi edəcək
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ADA Universitetində tələbələrlə görüşüb - FOTO
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi - SƏRƏNCAM
BMT Azərbaycanda 2 azad edilmiş kəndin layihələndirilməsinə dəstək göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər