Yevdokimov: Rusiya Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsini yüksək qiymətləndirir
sizinxeber.az xəbər saytı

Yevdokimov: Rusiya Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsini yüksək qiymətləndirir


Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi barədə bəyanat verib.

"Report" xəbər verir ki, bununla bağlı Rusiya səfirliyinin Telegram kanalında paylaşım edilib.

"Biz Azərbaycan xalqının ümumi Qələbəyə verdiyi töhfəni yüksək qiymətləndiririk. Azərbaycanın oğul və qızları Sovet İttifaqının digər xalqlarının nümayəndələri ilə çiyin-çiyinə verərək düşmənlə fədakarcasına döyüşüblər. Bakı neftçiləri cəbhəni yanacaqla təmin edirdilər: müharibə illərində bütün sovet neftinin 70 %-dən çoxu Azərbaycanda hasil olunurdu", - diplomat qeyd edib.

M. Yevdokimov vurğulayıb ki, Azərbaycan ərazisində minlərlə hərbçinin müalicə olunduğu təxliyə hospitalları fəaliyyət göstərirdi, həmçinin lend-liz üzrə tədarük edilən hərbi-texniki yardımın əhəmiyyətli hissəsi buradan keçirdi.

Oxşar xəbərlər

Bu gün faşizm üzərində qələbənin ildönümüdür
XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
Mixail Yevdokimov: "Bakı və Moskva sürətləndirilmiş dəmir yolu və multimodal daşımalar layihəsi üzərində işləyir"
XİN-dən Qələbə Günü ilə bağlı paylaşım
Faşizm üzərində qələbədən 81 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər