XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
sizinxeber.az xəbər saytı

XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib


Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabında paylaşım olunub.

"Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə xalqımızı təbrik edirik.

Azərbaycan xalqı İkinci Dünya Müharibəsi zamanı böyük fədakarlıq nümayiş etdirib, həm ön cəbhədə, həm də arxa cəbhədə faşizm üzərində qələbəyə mühüm töhfə verib.

Müharibə zamanı həlak olan həmvətənlərimizin əziz xatirəsini yad edir, veteranlarımıza möhkəm cansağlığı və uzun ömür arzulayırıq", - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

Rusiya Prezidenti faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib
Azərbaycan Prezidenti faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
MDB PA-nın baş katibi APA ölkələrini faşizm üzərində qələbənin 80-ci ildönümü tədbirinə dəvət edib
Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan azərbaycanlıların xatirəsini anıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər