Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib
Podqoritsada Azərbaycan və Monteneqronun xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə məlumat Monteneqro XİN-in "X" sosial şəbəkə hesabında yayılıb.
Nümayəndə heyətlərinə Monteneqro XİN-in dövlət katibi Perişa Kastratoviç və Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev rəhbərlik ediblər.
"Müzakirələr zamanı tərəflər diqqəti energetika, turizm, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəldib, iki ölkə arasındakı möhkəm və dostluq münasibətlərini təsdiqləyiblər", - məlumatda qeyd olunub.
Bundan başqa, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərinə, Monteneqronun avrointeqrasiya prosesinə, eləcə də əsas regional və qlobal çağırışlara dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb
Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
