Adil Məmmədov: "WUF13-ə 30 minə yaxın iştirakçının qatılması gözlənilir"
sizinxeber.az xəbər saytı

Adil Məmmədov: "WUF13-ə 30 minə yaxın iştirakçının qatılması gözlənilir"


Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) 30 minə yaxın iştirakçının qatılması gözlənilir.

"Report" xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov WUF13 üzrə özəl sektor üçün təşkil olunmuş məlumatlandırma sessiyasında deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı qeydiyyat prosesi davam edir: "Forum çərçivəsində dövlət və hökumət başçıları, bələdiyyə və şəhər rəhbərləri, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, akademik dairələr, alimlər, memarlar, eləcə də özəl sektor nümayəndələri iştirak edəcək. Tədbir iki əsas istiqamətdə təşkil olunacaq. Əsas proqram çərçivəsində 6 gün ərzində 400-ə yaxın konfrans, görüş və dəyirmi masanın keçirilməsi planlaşdırılır".

Qeyd edək ki, Qahirədə (Misir) keçirilən WUF12-də 25 mindən, Katovitsedə (Polşa) keçirilən WUF11-də isə 17 mindən çox iştirakçı olub.

Oxşar xəbərlər

Orxan Məmmədov: "WUF13 özəl sektor üçün yeni əməkdaşlıq imkanları yaradır"
BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq
Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumuna hazırlıq işlərinə başlanılıb
Azərbaycan Yaponiyanın ətraf mühit nazirini WUF13-də iştirak etməyə dəvət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər