WUF13 QHT Koalisiyası yaradılır
Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda (WUF13-də) iştirakı planlaşdırılan xarici QHT-lərin koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.
APA xəbər verir ki, bu məqsədlə 3 ölkədən - İsveçrə, İtaliya, Benindən olan QHT-lərlə 2025-ci il fevralın 28-də onlayn görüş təşkil olunub, ilkin məsləhətləşmələr aparılıb.
2024-cü ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş WUF12 Forumunda iştirak etmiş İtaliyanın “City Space Architecture” təşkilatının təmsilçiləri Vija Viese və Egle Pilipaviciute, baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən “ITA-AITES” təşkilatının nümayəndəsi Mahak Agraval, Qərbi Afrikada yerləşən Benin dövlətinin “Future for Future” təşkilatının sədri Salem Ayeman Azərbaycan QHT-lərinin təşəbbüsünü yüksək qiymətləndiriblər. Görüşdə təcrübə mübadiləsi aparılıb, xarici QHT-lər Dünya Şəhərsalma Forumlarında vətəndaş cəmiyyətinin iştirakını müzakirə ediblər.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli qeyd edib ki, yaxın vaxtlarda WUF13 QHT Koalisiyasının onlayn qaydada təsis toplantısı keçiriləcək. Azərbaycan Milli QHT Forumunun milli eksperti Amin Məmmədov qeyd ki, Forumun xarici QHT platformalarında iş üzrə böyük təcrübəsi var, Forum 2024-cü ildə COP29 QHT Koalisiyası təsis edib, bu platformada 100-ə yaxın ölkədən 500-dən çox QHT toplaşıb, yaxın vaxtlarda bu qlobal şəbəkə Qlobal Cənub QHT Platformasına transformasiya olunacaq.
Görüşdə WUF13 QHT Koalisiyasının ümumi işə böyük töhfə verə biləcəyinə əminlik ifadə olunub.
Oxşar xəbərlər
COP29 QHT Koalisiyası genişlənərək Qlobal Cənub QHT Platformasına çevrilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
2026-cı ildə Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 və COP30 ölkələrinin QHT-ləri arasında görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məşhur İsveçrə müğənnisi Bakıda konsert verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












