İlyas Demirçi: WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda şəhərsalma təcrübəsinin sübutudur
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda şəhərsalma təcrübəsinin sübutudur.
Bunu "Report"un yerli bürosuna bu ilin 17-22 may tarixlərində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının Bakıda keçiriləcəyini şərh edən türkiyəli mütəxəssis, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri İlyas Demirçi bildirib.
Mütəxəssis deyib ki, Azərbaycanın belə bir mühüm təşkilata ev sahibliyi etməsi, ölkənin şəhərsalma sahəsindəki son illərdə nümayiş etdirdiyi planlaşdırılmış inkişaf yanaşmasının nəticəsidir:
WUF13-ə Bakının ev sahibliyi etməsi təkcə beynəlxalq görüş deyil, həm də şəhərlərin gələcəyini formalaşdıracaq strateji qərarlar, yeni əməkdaşlıqlar və qlobal görüşlər üçün fürsətdir.
Mütəxəssis WUF13-ün Bakıya gətirəcəyi faydaları dəyərləndirərək bildirib ki, BMT-nin çətiri altında təşkil edilən urbanizm sahəsində ən yüksək səviyyəli platformalardan biri olduğu üçün bu forum sayəsində Bakı Qlobal şəhərlər şəbəkəsində daha çox görünəcək, beynəlxalq investorlar ilə birbaşa əlaqə qurmaq imkanı əldə edəcək, yenidənqurma və infrastruktur layihələri üçün yeni qapılar açacaq:
"Qarabağın yenidən qurulması, Naxçıvanın strateji mövqeyi, Bakının modernləşdirmə prosesi və nəqliyyat dəhlizləri ilə gücləndirilən regional əlaqə şəhərsalma perspektivinin artıq yalnız yerli deyil, həm də geostrateji ölçü qazandığını göstərir", - deyə İ.Demirçi bildirib.
Oxşar xəbərlər
"Haber Global"da WUF13 haqqında süjet yayımlanıb
Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib
BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının milli koordinatoru təyin edilib
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun tarixləri dəqiqləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
