

Sadır Japarov Azərbaycan-Qırğız İnvestisiya Fondunun əhəmiyyətini vurğulayıb
Qırğız Respublikası Macarıstanın Türk Dövlətləri Təşkilatına (TDT) töhfələrini yüksək qiymətləndirir.
Sizinxeber.az-nın Budapeştə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Qırğız Respublikasının Prezidenti Sadır Japarov bildirib.
Sadır Japarov deyib ki, Macarıstan Türk dünyası və Avropa arasında körpü rolunu oynayır: “Qırğız Respublikası bir sıra iqtisadi layihələrin həyata keçirilməsini təklif edib və bu layihələrin həyata keçəcəyinə inanıram. Son 4 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Azərbaycan-Qırğız, Macarıstan-Qırğız investisiya fondlarının effektiv fəaliyyət göstərəcəyinə əminik”.
Çindən başlayan dəmir yolu layihəsindən bəhs edən Qırğız Prezidenti qeyd edib ki, bu dəmir yolu xətti Avropa ilə ticarətdə mühüm rol oynayacaq.
Oxşar xəbərlər
Sadır Japarov: Budapeştdə TDT-nin qeyri-formal sammiti keçirilə bilər
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir - YENİLƏNİB
Sadır Japarov Prezident İlham Əliyevə başsağlığı verib
Prezidenti İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edib - YENİLƏNİB-2
Viktor Orban Türk Dünyasının Ali Ordeni ilə təltif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
