Putin neft və neft məhsullarının “price cap” ilə satışına qadağanın müddətini uzadıb
Rusiya Prezidenti Vladimir Putin "Bəzi xarici dövlətlər tərəfindən Rusiya nefti və neft məhsullarına maksimum qiymətin müəyyən edilməsi ilə əlaqədar yanacaq-enerji sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında" fərmanın müddətini 2025-ci il dekabrın 31-dək uzadıb.
"Sizinxeber.az" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dərc edilmiş fərmanda bildirilib.
Bu fərman ilk dəfə 1 fevral 2023-cü il tarixindən qüvvəyə minib və bir neçə dəfə uzadılıb, son dəfə - cari ilin 30 iyununadək.
Sənəd ABŞ və bir sıra digər ölkələr tərəfindən müəyyən edilmiş qiymət tavanı (“price cap”) şərti müqavilələrdə əks olunduğu təqdirdə, Rusiya nefti və neft məhsullarının xarici hüquqi və fiziki şəxslərə satışını qadağan edir.
Oxşar xəbərlər
Rusiya Gürcüstan vətəndaşları üçün vizasız rejimin müddətini uzadıb
Putin: Rusiya Çinə neft və qaz tədarükündə birinci yeri tutub
Putin Tokayevlə Çinə neft və qaz nəqlinin yeni marşrutlarının yaradılmasını müzakirə edib
Rusiya istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













