Qazaxıstanın energetika naziri: Qlobal neft bazarında sabitliyin təşviqinə hazırıq
sizinxeber.az xəbər saytı

Qazaxıstanın energetika naziri: Qlobal neft bazarında sabitliyin təşviqinə hazırıq


Qazaxıstan qlobal neft bazarında sabitliyin təmin olunması üçün birgə səyləri davam etdirməyə hazırdır.

“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov Astanada OPEC-in baş katibi Haysam Əl-Qays ilə görüşündə deyib.

“Danışıqlar zamanı nazir Qazaxıstanın tarixi OPEC+ sazişinə sadiqliyini və qlobal neft bazarında sabitliyin təminatı üçün birgə səyləri davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib”, - Energetika Nazirliyinin açıqlamasında deyilir.

Hər iki tərəf “8 ölkə” görüşü çərçivəsində qarşılıqlı fəaliyyətin nəticələrini və əldə olunmuş razılaşmaları yüksək qiymətləndirib.

“Qazaxıstan üzv dövlətlərlə gələcək sıx əməkdaşlığa hazır olduğunu bildirib və istehsalçıların, istehlakçıların və bütövlükdə qlobal iqtisadiyyatın maraqları naminə qlobal bazarda sabitliyin möhkəmləndirilməsinə sadiqliyini vurğulayıb”, - məlumatda bildirilir.

Oxşar xəbərlər

Energetika Nazirliyi: Qazaxıstan OPEC+ sazişinə sadiqliyini təsdiq edir
Qazaxıstan OPEC+ sazişi üzrə öhdəliklərinə sadiqliyini təsdiqləyir
Qazaxıstan Energetika Nazirliyi OPEC+ sazişi ilə bağlı xarici mediada yazılanlara cavab verib
Azərbaycan iyulda keçiriləcək OPEC-in Beynəlxalq Seminarına dəvət edilib
Qazaxıstan enerji çatışmazlığını azaltmaq üçün Aİ-yə neft ixracını artırmağa hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər