Energetika Nazirliyi: Qazaxıstan OPEC+ sazişinə sadiqliyini təsdiq edir
sizinxeber.az xəbər saytı

Energetika Nazirliyi: Qazaxıstan OPEC+ sazişinə sadiqliyini təsdiq edir


Qazaxıstanın Energetika Nazirliyi OPEC+ sazişi çərçivəsində tərəfdaşlarla əməkdaşlığı yüksək qiymətləndirir və bu formatı qlobal neft bazarının sabitliyini təmin etmək üçün mühüm alət hesab edir.

Bu barədə “Report”un Qazaxıstan bürosuna Qərb KİV-də dərc olunanlarla bağlı sorğuya cavab olaraq qurumdan bildirilib.

Son günlər xarici KİV-də Qazaxıstanın OPEC+ sazişi çərçivəsində neft hasilatını aşmasının, o cümlədən sazişdən çıxarılmasının ölkə üçün mümkün nəticələri barədə materiallar dərc olunur.

Nazirlik də xarici təzyiq nəticəsində ölkənin neft hasilatının səviyyəsinə mümkün düzəlişlər barədə məlumatı şərh edib.

“Nazirlik bu cür bəyanatları qəti şəkildə təkzib edir. Qazaxıstan Respublikası OPEC+ sazişinə sadiqliyini təsdiq edir və bütün öhdəliklərini yerinə yetirməkdə davam edəcək”, - qurumdan “Report”a bildirilib.

Oxşar xəbərlər

Qazaxıstan OPEC+ sazişi üzrə öhdəliklərinə sadiqliyini təsdiqləyir
Qazaxıstan Energetika Nazirliyi OPEC+ sazişi ilə bağlı xarici mediada yazılanlara cavab verib
Satkaliyev: "Qazaxıstan OPEC+ çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə ciddi yanaşır"
OPEC+ ölkələri apreldən neft hasilatını artırmağa başlayacaqlar
"OPEC+" neft hasilatı planına düzəliş edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər