Azərbaycan iyulda keçiriləcək OPEC-in Beynəlxalq Seminarına dəvət edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan iyulda keçiriləcək OPEC-in Beynəlxalq Seminarına dəvət edilib


Azərbaycan iyulda keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq Seminarına dəvət edilib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə “Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə OPEC-in Baş katibi Haysam Əl-Qays arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanla OPEC+ formatında əməkdaşlıqdan məmnunluq ifadə edilərək, ölkəmizin neft bazarının tənzimləmə prosesində rolu yüksək qiymətləndirilib.

Həmçinin enerjiyə artan tələbat fonunda karbohidrogenlər, o cümlədən neft sahəsinə investisiyaların vacibliyi qeyd olunub. Azərbaycan Prezidentinin enerji növlərinin inkişafına dair rasional siyasəti OPEC-in Baş katibi tərəfindən yüksək qiymətləndirilib.

Söhbət zamanı qlobal neft bazarında inkişaf meylləri, OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilat öhdəliklərinin icra səviyyəsi və enerji balansında neftin gələcək roluna dair müzakirələr aparılıb.

Oxşar xəbərlər

OPEC: Azərbaycan Prezidentinin enerji növlərinin inkişafına dair rasional siyasətini yüksək qiymətləndiririk
Haysam əl-Qays: OPEC Bakı Enerji Həftəsinin əsas məsələlərin həllinə yönəlmiş yanaşmasını alqışlayır
Haysam əl-Qays daha üç il OPEC-in baş katibi olacaq
Pərviz Şahbazov OPEC-in seminarında iştirak edəcək
Azərbaycan “OPEC plus”un 39-cu iclasında təmsil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər