Qazaxıstan OPEC+ sazişi üzrə öhdəliklərinə sadiqliyini təsdiqləyir
Qazaxıstan hökuməti OPEC+ sazişi çərçivəsində neft hasilatını məhdudlaşdırmaq üzrə ölkənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün bütün lazımi tədbirləri görüb.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə adıçəkilən ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev təsdiqləyib ki, Qazaxıstan OPEC+ sazişi çərçivəsində götürdüyü öhdəliklərə tam sadiq qalır və 2024-cü ilin yanvar ayından artıq hasil edilmiş həcmlərə görə kompensasiya dövrünün əvvəlki ayları üçün daha böyük yüklə yenilənmiş kompensasiya planını təqdim etmək də daxil olmaqla, öhdəliklərini yerinə yetirmək üçün əlavə tədbirlər görəcək.
Qurumdan qeyd edilib ki, martın 3-də keçirilən virtual görüşdə daha əvvəl - 2023-cü ilin aprel və noyabr aylarında əlavə könüllü azaltmalar edəcəyini elan etmiş səkkiz OPEC+ ölkəsi - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman qlobal bazar şəraiti və gələcək perspektivləri nəzərdən keçirib.
Oxşar xəbərlər
Qazaxıstan artıq neft hasilatını “Kaşaqan”ın hesabına kompensasiya edəcək
Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
Novak: OPEC+ ölkələri saziş şərtlərini 100 faizdən çox yerinə yetirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
