İran XİN: ABŞ sanksiyaların ləğvi ilə bağlı zəmanət verməyib
sizinxeber.az xəbər saytı

İran XİN: ABŞ sanksiyaların ləğvi ilə bağlı zəmanət verməyib


ABŞ tərəfi Tehranın nüvə proqramı ilə bağlı ehtimal olunan sövdələşmə çərçivəsində İrana qarşı sanksiyaların ləğvi barədə hələ zəmanət verməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.

"Bu mövzu ilə bağlı ABŞ tərəfindən indiyədək heç bir izahat alınmayıb. İran xalqına qarşı tətbiq edilən amansız sanksiyaların necə aradan qaldırılacağı bizə tam aydın olmalıdır. Biz keçmiş təcrübənin təkrarlanmayacağına və həqiqətən də iqtisadi, bank və ticarət sahələrində sanksiyaların ləğvini görəcəyimizə əmin olmalıyıq", - diplomat əlavə edib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirmişdi ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İran hökumətinə Tehranın nüvə proqramı ilə bağlı ətraflı və məqbul təklif göndərib.

Oxşar xəbərlər

İran sanksiyaların ləğvi müqabilində nüvə proqramını daha şəffaf etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və ABŞ nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yumşaldılmasını müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ və İran arasında danışıqların çox yaxşı getdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəqayi: Tehran ABŞ ilə nüvə danışıqlarını davam etdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər