Bəqayi: Tehran ABŞ ilə nüvə danışıqlarını davam etdirəcək
Danışıqlar prosesi konstruktiv və məhsuldar olduğu müddətdə İran nüvə proqramı ətrafında ABŞ ilə danışıqları davam etdirəcək.
"Report" IRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
"Biz danışıqlar prosesinin konstruktiv və səmərəli davam etdiyinə inandığımız müddətcə ABŞ ilə danışıqları sürdürəcəyik. Biz İran xalqına qarşı ədalətsiz şəkildə tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün danışıqları tam ciddiyyət və xoşməramla davam etdirməyə hazırıq. Təbii ki, razılaşma çərçivəsində bizim mövqelərimiz müzakirəyə tam hazırdır", – o deyib.
Nazirlik nümayəndəsi vurğulayıb ki, İranın nüvə proqramı dinc xarakter daşıyır və bu, dəfələrlə sübut olunub: "İranın texniki və nüvə nailiyyətlərinin qorunub saxlanması ABŞ ilə danışıqlarda ilkin şərtdir".
"Eyni zamanda, nüvə proqramımızla bağlı hər hansı şübhələri aradan qaldırmaq üçün əməkdaşlığa hazır olduğumuzu bildirdik. Hesab edirik ki, İrana qarşı tətbiq edilən sanksiyalar təhlükəsiz şəkildə və onların ləğvinin həyata keçirilməsinə təminat verilməklə aradan qaldırılmalıdır. Ona görə də bu iki məsələ ilə bağlı mövqeyimiz prinsipialdır".
Qeyd edək ki, bu gün Romada İran və ABŞ arasında nüvə sazişi üzrə məsləhətləşmələrin ikinci raundu baş tutub.
Oxşar xəbərlər
İran XİN: Omanda ABŞ ilə danışıqlar konstruktiv olub - YENİLƏNİB
İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub
XİN: İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələr aparır
Avropa “üçlüyü” ilə İran arasında danışıqlar davam edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
