Peskov Putinlə Tramp arasında təmasların Ukrayna nizamlanması üçün əhəmiyyətini qeyd edib
sizinxeber.az xəbər saytı

Peskov Putinlə Tramp arasında təmasların Ukrayna nizamlanması üçün əhəmiyyətini qeyd edib


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təmaslar Ukrayna nizamlanması kontekstində son dərəcə vacibdir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Şübhəsiz ki, prezidentlər Putin və Tramp arasında əlaqələr Ukrayna nizamlanması kontekstində son dərəcə vacibdir. Bu tezislə, əlbəttə ki, razıyıq. Bu əhəmiyyəti qiymətləndirmək çətindir", - o, ABŞ dövlət katibi Mark Rubionun Putinlə Trampın görüşünün Ukrayna nizamlanması üçün yeganə şans olması barədə açıqlamasını şərh edərkən deyib.

"Yüksək səviyyəli görüş hazırlanmalı və bu, nəticəyönümlü olmalıdır, çünki yüksək səviyyəli görüşdən əvvəl ekspert danışıqları, məsləhətləşmələr, gərgin hazırlıq işləri aparılır, xüsusən də söhbət Rusiya Federasiyası və ABŞ prezidentlərinin yüksək səviyyəli görüşündən gedirsə", - Peskov qeyd edib.

Oxşar xəbərlər

Rubio: ABŞ İstanbuldakı Rusiya-Ukrayna danışıqlarına böyük ümid bəsləmir
Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram
Peskov: Ər-Riyad Putin və Tramp arasında danışıqlar üçün uyğundur
Peskov: İstanbuldakı Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqlarında Ukrayna məsələsi müzakirə olunmur
Trampın müşaviri: “Putinlə görüşə hazırlıq gedir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər