Kosaçev Rusiya və Ukrayna liderlərinin İstanbulda bu həftə görüşünü mümkün hesab etmir
Mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya və Ukraynadan texniki və ekspert səviyyəsində danışıqçılar iştirak etməlidir.
“Sizinxeber.az”un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib.
Onun sözlərinə görə, onlar üç il ərzində ilk dəfə hansısa mifik atəşkəsə deyil, davamlı sülhə doğru irəliləmək üçün hansı perspektivlərin olduğunu birbaşa anlaya biləcəklər.
Ukrayna Prezidenti Volodimir Zelenskinin cümə axşamı İstanbulda Rusiya lideri ilə şəxsən görüşməyə hazır olması barədə sözlərinə toxunan K.Kosaçev qeyd edib ki, "xüsusilə belə mürəkkəb vəziyyətdə ən yüksək səviyyəli görüşlər qətiyyən bu şəkildə təşkil olunmur".
Oxşar xəbərlər
Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan üçün bu, alçaldıcıdır - Kosaçev [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Rusiya – Ukrayna danışıqlarının mayın 15-də Türkiyədə başlanmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kelloq: ABŞ Ukraynaya Rusiya ilə sülhə məcbur etmək niyyətində deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: İstanbuldakı Rusiya və ABŞ nümayəndə heyətlərinin danışıqlarında Ukrayna məsələsi müzakirə olunmur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













