Türkiyədə son 2 ildə 166 vəqf mədəniyyət abidəsi bərpa edilib
sizinxeber.az xəbər saytı

Türkiyədə son 2 ildə 166 vəqf mədəniyyət abidəsi bərpa edilib


Türkiyədə son 2 ildə 166 vəqf mədəniyyət abidəsi restavrasiya edilib.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Vəqflər həftəsi"nin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Əsrin fəlakəti" kimi adlanan zəlzələdən sonra ərazidə zərər görmüş 377 mədəni-tarixi abidənin bərpa prosesinə başlanılıb: "Bu gün isə biz son bir ildə Türkiyədə və xaricdə bərpa edilmiş 101 vəqf abidəsinin bərpadan sonrakı açılışını edirik".

Ərdoğan həmçinin Türkiyənin tarixi (Osmanlı dövrü - red.) torpaqlarındakı bərpa işlərinə də diqqət çəkib: "Bosniya-Herseqovina, Kosovo, Makedoniya, Albaniya və Şimali Kiprdə ümumilikdə 20 abidənin bərpası tamamlanıb. Əcdadlarımızdan bizə miras qalan torpaqlarda ümumilikdə 40 layihə uğurla başa çatdırılıb. Daha 3 abidənin bərpası isə tezlikdə başa çatdırılacaq".

Oxşar xəbərlər

Naxçıvanda “İsmayıl Xan Hamamı” bərpa ediləcək
Cəlilabadda iki tarixi abidə bərpa ediləcək
Ərdoğan: Türkiyədə 4 milyon 33 min miqrant var
Türkiyə Bosniya və Herseqovina ilə hərbi əməkdaşlığı gücləndirəcək
Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər