Naxçıvanda “İsmayıl Xan Hamamı” bərpa ediləcək
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən xəbərə görə, həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi “İsmayıl Xan Hamamı” bərpa ediləcək. Abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə satınalma elan olunub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş satınalmaya əsasən tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer dizaynı, daxili tərtibat və digər işlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, nazirlik tərəfindən 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisya xərcləri) çərçivəsində “Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması” yekunlaşıb, "Sərşəhər Məscidi" tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb.
Gələcəkdə də muxtar respublika ərazisində tarixi abidələrin qorunması və bərpası istiqamətində işlər davam etdiriləcək.
Oxşar xəbərlər
Naxçıvanda vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müsbət dinamika var
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
