Ərdoğan: Türkiyədə 4 milyon 33 min miqrant var
Türkiyədə 4 milyon 33 min miqrant var.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Miqrasiya İdarəetmə Proqramının təqdimatındakı çıxışı zamanı deyib.
O, miqrantların 2 milyon 768 mininin müvəqqəti qoruma statusunda olduğunu bildirib: "Eləcə də 1 milyon 90 min miqrant yaşayış icazəsi ilə, 176 mini isə beynəlxalq mühafizə altında olan suriyalı qardaş və bacılardır".
Ərdoğan Türkiyənin miqrasiya məsələsi ilə bağlı həssaslığını ifadə edib: "Miqrasiya məsələsi bütün dünyanın gündəmindədir. Çətinliklər üzündən milyonlarla insan öz vətənlərini tərk etmək məcburiyyətində qalır".
Türkiyə Prezidenti dünya üzrə son 10 ilin statistikasına diqqət çəkib: "Dünya üzrə 281 milyondan çox insan miqrasiya edib. Son 10 ildə 72 mindən çox insan başqa ölkələrə miqrasiya edərkən yollarda həyatını itirib. Nə qədər ki müharibələr bitməyib, miqrantların da sayı artmaqdadır".
Oxşar xəbərlər
Miqrasiya Məcəlləsinə "yüksəkixtisaslı miqrant" anlayışı əlavə edilir
ABŞ-də Bayden dövründə miqrasiya rekord həddə çatıb
Tramp Harrisi ABŞ-a 20 milyon qanunsuz miqrant gətirməkdə ittiham edib
Türkiyədən Suriyaya qayıdanların sayı 200 minə çatıb
Niger vasitəsilə Aralıq dənizi sahillərinə miqrant axını xeyli artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












