İran XİN: Omanda ABŞ ilə danışıqlar konstruktiv olub - YENİLƏNİB
Omanda ABŞ ilə danışıqlar konstruktiv olub.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında dərc olunmuş bəyanatda deyilir.
“Omanın vasitəçiliyi ilə baş tutan danışıqlar konstruktiv atmosferdə və qarşılıqlı hörmət əsasında baş tutub”, - məlumatda bildirilir.
Həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff gələn həftə İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
“Report” xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Danışıqlar İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə həsr olunub və Omanın vasitəçiliyi ilə baş tutub.
İran nümayəndə heyətinin adını açıqlamayan üzvü İSNA agentliyinə deyib ki, məsləhətləşmələr uğurlu olub.
Həmçinin qeyd edilir ki, İran və ABŞ gələn həftə danışıqların yeni mərhələsini keçirmək niyyətindədir.
Oxşar xəbərlər
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN başçısı ABŞ ilə danışıqlar üçün Omana yola düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və ABŞ nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yumşaldılmasını müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əraqçi Tehrаnın mövqeyini əks etdirən müddəaları omanlı həmkarına təqdim edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












