İstanbulda zəlzələ zamanı hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir
İstanbulda zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, onlara lazımi tibbi yardım göstərilir.
"Təşviş nəticəsində hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir. Onların həyatı üçün heç bir təhlükə yoxdur. İnsan tələfatı və dağıntı qeydə alınmayıb. Fatih bölgəsində tərk edilmiş bina çöküb", - məlumatda bildirilib.
Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş bildirib ki, ölkədə fəaliyyət göstərən qurumlar və vətəndaşlar yeni zəlzələyə hazır olmalıdırlar.
"İstanbulda gözlənilən zəlzələ hər an baş verə bilər. Ölkəmiz, bütün qurumlarımız və təşkilatlarımız hazır olmalıdır. Biz İstanbulda mümkün zəlzələdən ən az itkilərlə çıxmalıyıq", - o qeyd edib.
Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən verilən məlumata görə, saat 12:13-də baş verən 3,9 maqnitudalı zəlzələdən sonra üç saat ərzində daha 46 təkan baş verib. 1,6 maqnitudalı ən zəif təkan İstanbulun Silivri və Böyükçəkməcə bölgələrində, 6,2 maqnitudalı ən güclü təkan isə Silivridə qeydə alınıb.
Oxşar xəbərlər
İstanbulda zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda güclü zəlzələ olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda zəlzələ zamanı 150-dən çox adam özünü binadan atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə parlamentinin spikeri İstanbulda güclü zəlzələyə hazır olmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda güclü zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











