Ərdoğan: Türkiyə və Pakistan terrorla mübarizədə ciddi iradə ortaya qoyub
Türkiyə və Pakistan terrorla mübarizədə ciddi iradə ortaya qoyub.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğan, həmçinin söyləyib ki, iki dövlət hərbi və müdafiə sahəsindəki əlaqələrini daha da gücləndirəcək, ortaq layihələr ortaya qoyacaq: “Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq, şübhəsiz ki, bölgələrimizdə sülh və sabitliyə mühüm töhfə verir. Demək olar, bütün məsələlərdə Pakistanla tam koordinasiyalı hərəkət edirik”.
O, baş vermiş terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib: “Terrorun bütün formaları ilə mübarizədə Pakistana dəstəyimiz davam edəcək”.
Qeyd edək ki, Ş.Şərif Türkiyədə səfərdədir. O, daha əvvəl R.T.Ərdoğanla təkbətək görüşüb.
Oxşar xəbərlər
Ərdoğan: Türkiyə Pakistana terrorla mübarizədə dəstəyini davam etdirəcək
Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
Ərdoğan Ankarada Pakistanın Baş naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
