Rusiyanın İsveçdəki səfirliyinin qarşısına boya qutuları atılıb
Rusiyanın Stokholmdakı səfirliyinin qarşısına boya qutularının atılması ilə əlaqədar İsveç Xarici İşlər Nazirliyinə (XİN) nota göndərilib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb.
"Aprelin 15-də səhər saatlarında Rusiyanın Stokholmdakı səfirliyi növbəti dəfə vandalizm aktına məruz qalıb. Diplomatik missiyanın xidməti binasının mərkəzi girişi qarşısında asfalta, həmçinin onun ərazisindəki yaşayış kompleksinin qarşısına boya qabları atılıb. Səfirlik baş verənlər barədə dərhal İsveç polisini məlumatlandırıb", - məlumatda bildirilib.
Səfirlik həmçinin İsveç XİN-ə 1961-ci il tarixli Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Rusiya diplomatik nümayəndəliyinin toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada yerinə yetirməsi tələbi ilə nota göndərib.
Oxşar xəbərlər
Suriyanın Moskvadakı səfirliyinin binasından bayraq və diplomatik missiyanın adı yazılmış lövhə götürülüb
Danimarkada iki İsveç vətəndaşı İsrail diplomatik nümayəndəliyində partlayış törətməkdə ittiham olunur
Moldova XİN Rusiya səfirliyinin üç əməkdaşını "persona non-qrata" elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
