Moldova XİN Rusiya səfirliyinin üç əməkdaşını "persona non-qrata" elan edib
Moldova Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Oleq Ozerova Rusiya səfirliyinin bir neçə əməkdaşını arzuolunmaz şəxs elan edən nota verib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə qurum bəyanat yayıb.
"XİN Rusiya diplomatına Rusiya səfirliyinin üç əməkdaşını "persona non-qrata" elan edən nota göndərib", - nazirlikdən bildirilib.
Qeyd edilir ki, qərar Moldova ərazisində diplomatik statusa zidd fəaliyyətin aşkar sübutlarına əsaslanır.
Diplomatlara ölkəni tərk etmək tapşırılıb.
Eyni zamanda, Moldova XİN Rusiya səfiri Oleq Ozerova Dnestryanıda sülhməramlı əməliyyatların idarə olunması üzrə Birgə Nəzarət Komissiyasının rusiyalı həmsədri Aleksandr Andreyevin ölkədən çıxarılması qərarı barədə də məlumat verib.
Oxşar xəbərlər
Moldova XİN Rusiya səfirliyinin üç əməkdaşını arzu olunmaz şəxs elan edib
Moldova sülhməramlı əməliyyatın idarə olunması üzrə rusiyalı həmsədri ölkədən çıxarır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
