AEBA-nın baş direktoru gələn həftə Pakistana səfər edəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftə Pakistan İslam Respublikasına səfər edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şəfqət Əli Xan həftəlik mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, səfər Pakistan hökumətinin dəvəti ilə baş tutacaq.
Qrossinin baş nazir Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar ilə görüşləri nəzərdə tutulub.
Bundan əlavə, o, Pakistan Nüvə Tənzimləmə Təşkilatı, Milli Elmlər və Texnologiya Universiteti tərəfindən təşkil edilən seminarlarda iştirak edəcək, Lahordakı Nüvə Təbabəti və Onkologiya İnstitutuna və AEBA-nın köməyi ilə tikilmiş “Çaşma” Atom Elektrik Stansiyasına baş çəkəcək.
Oxşar xəbərlər
AEBA missiyası Kursk AES-ə baş çəkəcək
AEBA-nın rəhbəri Rusiya və Ukraynaya səfər etmək niyyətindədir
AEBA Baş direktoru oktyabrda İrana səfər etməyə ümid edir
"Rosatom"un rəhbəri və AEBA-nın baş direktoru Moskvada görüşəcəklər
AEBA-nın rəhbəri Kursk Atom Elektrik Stansiyasına getmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
