ABŞ təsir rıçaqlarından istifadə etməklə İranın nüvə proqramını ləğv etməyə çalışacaq
Vaşinqton hesab edir ki, İranın nüvə proqramı ləğv edilməlidir. Amerika administrasiyası müəyyən təsir rıçaqlarından istifadə edərək bu məqsədinə diplomatiya yolu ilə nail olacaq.
“Report” xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
Nazir Əbu-Dabidə mətbuat konfransında deyib: “İranla münasibətlərimizdə hədəfimiz İranın nüvə proqramının aradan qalxmasıdır. Buna nail olmağın ən yaxşı yolu danışıqlardır. Amma təbii ki, bunun üçün müəyyən təsir rıçaqları lazımdır”.
Onun sözlərinə görə, Amerika administrasiyası İranın həm Yaxın Şərqin, həm də bütün dünyanın təhlükəsizliyini təhdid edəcək öz nüvə silahını hazırlaya biləcəyindən ehtiyat edir: “Bunun qarşısı alınmalıdır”.
Oxşar xəbərlər
İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub
ABŞ Energetika Nazirliyi nüvə silahı arsenalını modernləşdirməyə çağırır
Energetika naziri: Razılaşma əldə olunmasa, ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək
Britaniya nüvə proqramına görə İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
