Baş nazir: Avropa İnvestisiya Bankı Ukraynaya 300 milyon avro təqdim edəcək
Ukrayna Avropa İnvestisiya Bankından (AİB) enerji və kritik infrastrukturun bərpası üçün 300 milyon avro alacaq.
"Report"un Ukrayna mediasına istinadən məlumatına görə, bunu Ukrayna Baş naziri Denis Şmıqal bildirib.
Ukraynaya maliyyə yardımının göstərilməsi haqqında sazişlər bu gün Brüsseldə, AİB-in prezidenti Nadejda Kalvino ilə görüş zamanı imzalanıb.
Vəsaitlər üç istiqamət üzrə bölüşdürüləcək: hər biri 100 milyon avro olmaqla - mərkəzləşdirilmiş istilik təchizatına investisiyalar, enerji səmərəliliyinin yaxşılaşdırılması, elektrik enerjisi və ya istilik istehsalı üçün qurğuların alınması.
Eləcə də, su təchizatı və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, su, istilik təchizatı və kanalizasiya obyektlərinin bərpası, həmçinin təhsil, səhiyyə və mənzil sektorunda əsas sosial xidmətlərin modernləşdirilməsi də bura daxildir.
Oxşar xəbərlər
Zelenski: Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb
Çexiya Ukrayna xəstəxanalarının modernləşdirilməsi üçün 100 milyon avro ayıracaq
Dünya Bankı Ukraynaya 432 milyon dollar ayıracaq
Dünya Bankı Ukraynaya 454 milyon dollar ayıracaq
Avropa Komissiyası Ukraynaya enerji infrastrukturu üçün 40 milyon avro ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













