Rusiya İstanbul görüşündə XİN-in xətti ilə təmsil olunacaq
sizinxeber.az xəbər saytı

Rusiya İstanbul görüşündə XİN-in xətti ilə təmsil olunacaq


Rusiya İstanbulda ABŞ nümayəndə heyəti ilə keçiriləcək görüşdə Xarici İşlər Nazirliyinin (XİN) xətti ilə təmsil olunacaq.

“Sizinxeber.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib.

"Bizim tərəfimizdən bu, Xarici İşlər Nazirliyinin xətti ilə olacaq. Müvafiq olaraq, XİN-dəki həmkarlarımızdan məlumat gözləyin", - o qeyd edib.

Rusiya və ABŞ arasında strateji hücum silahları haqqında yeni müqaviləyə toxunan D.Peskov qeyd edib ki, hazırda bu məsələ ilə bağlı danışıqları təsəvvür etmək çətindir. Çünki strateji təhlükəsizlik, silahlanmaya nəzarət məsələləri üzrə danışıqlara başlama faktının özü ikitərəfli münasibətlərin və qarşılıqlı etimadın müəyyən səviyyəsini nəzərdə tutur.

Oxşar xəbərlər

Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Lavrov və Uşakov Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə görüş keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Minsk Rusiya, ABŞ və Ukrayna liderləri arasında danışıqlar üçün ən yaxşı yerdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Rusiya-ABŞ münasibətlərinin normallaşması sanksiyaların ləğvini nəzərdə tutmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər