Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Polşanın Baş naziri Donald Tusk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli prosesi və Avropada təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməyi xahiş edib.
“Report” xəbər verir ki, o, bu barədə Ankarada Türkiyə lideri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Mən prezident Ərdoğana açıq şəkildə təklif etmişəm ki, Türkiyə Ukraynadakı sülh prosesi və regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər ortaq məsuliyyəti öz üzərinə götürməlidir. Türkiyəli tərəfdaşlarımızla müdafiə və müdafiə sənayesi sahəsində birgə işləməyə hazırıq. Tarixi bir irəliləyiş əldə etdiyimizi desəm, mübaliğə etmərəm”, - deyə o vurğulayıb.
Bundan əlavə, Polşanın baş naziri Ərdoğanla Suriyada binaların və infrastrukturun bərpasında iki ölkənin şirkətləri arasında əməkdaşlıq perspektivlərini müzakirə etdiyini bildirib. Baş nazir əlavə edib ki, Ərdoğan apreldə Varşavaya səfər edəcək.
Oxşar xəbərlər
Polşanın Baş naziri sabah Türkiyəyə gedəcək
Slovakiyanın Baş naziri: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər
Polşanın Baş naziri əməliyyat olunub
Tusk: Polşanın Ukraynaya kömək etmək üçün çox imkanı qalmayıb
“Qafqazda təhlükəsizlik Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamasından keçir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











