Rusiya səfiri: Ermənistan seçim etməlidir
“Ermənistan eyni vaxtda Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Avropa İttifaqının (Aİ) üzvü ola bilməz, ölkə seçim etməlidir”.
“Sizinxeber.az”un məlumatına görə, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli “24News” portalına müsahibəsində deyib.
“Əvvəlcə Rusiya tərəfi bütün nöqtələri qoymuşdu: ya Aİ, ya da Aİİ, hər ikisində olmaq mümkün deyil. Bu, Rusiya tərəfinin mövqeyi deyil, obyektiv reallıq məsələsidir, çünki dövlət eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməz”-deyə, o, qeyd edib və Rusiya baş nazirinin müavini Aleksey Overçukun “Ermənistanın Aİ-yə daxil olması Titanikə bilet almaq kimidir” sözlərini xatırladıb.
Rusiya diplomatik missiyasının rəhbərinin sözlərinə görə, Ermənistanın Aİİ və Rusiya ilə əməkdaşlığı ölkənin iqtisadi inkişafının əsas amillərindən biridir, bunu statistika da sübut edir:
“Avropa İttifaqında nələrin baş verəcəyi gələcək göstərəcək. Hələlik Ermənistanla Aİ arasında ticarət dövriyyəsinin dinamikası mənfidir. Bütün hallarda bu seçimin respublikanın suveren hüququdur”.
Qeyd edək ki, fevralın 12-də Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsini birinci oxunuşda qəbul edib.
Oxşar xəbərlər
Rusiya Baş nazirinin müavini: Bəzi insanlar, yumşaq desək, erməni xalqını aldadırlar
Overçuk: Ermənistan Aİ və Aİİ arasında seçim qarşısındadır
Rusiya səfiri: Ermənistanla münasibətlərimiz çoxsaylı çətinliklərlə üzləşir
Rusiya hökuməti: Ermənistanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqından dəfələrlə azdır
Paşinyan: Ermənistan Aİİ-də özünü yaxşı hiss edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












