Ukrayna Prezidenti: ABŞ bizə lazım olan dəstəyi vermir
Nə Rusiya, nə də Ukrayna silahla qalib gələ bilər. Rusiya bunu istəsə də, məqsədinə çatmadı.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, kimsənin buna inanmadığı halda Ukrayna müstəqilliyini qoruyub: "Artıq diplomatiyaya keçmək lazımdır. Amma bu, ədalətli olmalıdır".
V.Zelenskinin sözlərinə görə, Rusiya sülh istəyirsə, əsir mübadiləsinə razı olmalıdır: "Təhlükəsiz zəmanəti yeni müharibənin başlamaması üçündür. Biz Rusiya ordusundan qorxmuruq. Amma yeni itkilərə səbəb olmamaq üçün təhlükəsizlik zəmanəti şərtdir. ABŞ bizə lazım olan dəstəyi vermir. Bəzi Qərb ölkələri bizim NATO-ya üzvlüyümüzü dəstəkləmir. Odur ki, Ukrayna ordusu güclü olmalıdır. Ukrayna heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq".
Oxşar xəbərlər
Zelenski: Müharibənin davamlı və təhlükəsiz sülhlə nəticələnməsi üçün səhv etməməliyik
Slovakiyanın Baş naziri: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər
Zelenski: Ukrayna NATO-ya qəbul olunmasa, 1,5 milyonluq orduya sahib olmalıdır
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatk vəziyyətə yaxınlaşmaq istəyir
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













