Zelenski: Ukrayna NATO-ya qəbul olunmasa, 1,5 milyonluq orduya sahib olmalıdır
sizinxeber.az xəbər saytı

Zelenski: Ukrayna NATO-ya qəbul olunmasa, 1,5 milyonluq orduya sahib olmalıdır


Ukraynanı NATO-da görmək istəmirlərsə, bizim 1,5 milyon hərbçidən ibarət ordumuz olmalıdır.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“NATO-da deyiliksə və ya hazırda NATO-da deyiliksə, bizim konkret sayda hərbçidən ibarət, qorumağa qadir olan ordumuz olmalıdır. Mən sizə sadəcə rəqəmləri deyirəm. Bu, 1,5 milyon nəfərlik ordu olmalıdır”, - o deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu şəxsi heyət baxımından indi təxminən bunun yarısı qədərdir. O vurğulayıb ki, bunu nəzərə almaqla 1,5 milyonluq ordunu saxlamaq indiki kimi 40 milyard dollara deyil, 60 milyard dollara başa gələcək.

Oxşar xəbərlər

Zelenski Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayıb
Zelenski: Ukrayna ölkənin NATO-ya qismən dəvətini qəbul etməyəcək
Zelenski: Ukraynanı NATO-ya dəvət etmək “qələbə planı”nın ilk bəndidir
Zelenski: ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib
Zelenski: Ukrayna öz NATO analoqunu yaratmalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle