Qazaxıstanda 7 mədənçi uçmuş şaxtanın altında qalıb - YENİLƏNİB
Qazaxıstanın Ulıtau vilayətində uçmuş şaxtada dağıntıların təmizlənməsi zamanı xilasedicilər altı mədənçinin meyitini aşkar ediblər, daha birinin axtarışı davam edir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Axtarış-xilasetmə işləri zamanı xilasedicilər qrupu “Kazaxmıs” MMC-nin altı əməkdaşının meyitini aşkar edib. Onların kimliyi müəyyənləşdirilir. Hazırda hadisənin bütün təfərrüatlarının araşdırılması istiqamətində təhqiqat aparılır. Yeddinci şəxsin axtarışı davam edir”, – məlumatda qeyd olunub.
Qazaxıstanın Ulıtau vilayətindəki Jomart mədənində qaya uçması baş verib.
“Sizinxeber.az” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə mədənlərin işlənməsi ilə məşğul olan “Kazaxmıs” şirkətlər qrupu məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 7 mədənçi dağıntılar altında qalıb.
Şirkət qeyd edib ki, hazırda hadisə yerində təcili xilasetmə işləri aparılır. Qazaxıstanda 7 şaxtaçı dağılmış mədəndə qalıb
Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Oxşar xəbərlər
Qazaxıstanda yeddi mədən işçisi dağılmış şaxtada qalıb
Türkiyədə yaşayış binasının uçması ilə əlaqədar 4 nəfər saxlanılıb
Türkiyədə çökən binanın dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb - YENİLƏNİB-2
Qazaxıstanda mədəndə çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsilib
Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox ev su altında qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
Emin Ağalarov Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib
-
"YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı
-
“İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev












