Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox ev su altında qalıb
Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox fərdi yaşayış evi su altında qalıb.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksək rütbəli zabiti Erasıl Saypaş brifinqdə bildirib.
Onun sözlərinə görə, daşqın dövrü başlayandan xilasedicilər tərəfindən 107 119 nəfər, o cümlədən 38 457 uşaq təxliyə edilib. Müvəqqəti yerləşdirmə mərkəzlərində 7414 nəfər var:
“Hazırda səkkiz rayonda 4 870 fərdi yaşayış evi, 1 264 həyətyanı sahə və 2 035 bağ evi su altındadır. 3 mindən çox yaşayış evindən və 2 minə yaxın həyətyanı sahədən su çəkilib”.
Mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın səkkiz rayonunda fövqəladə vəziyyət qalmaqdadır. Xilasetmə əməliyyatlarında 35 mindən çox insan, 4 mindən çox texnika və 14 təyyarə iştirak edir.
Oxşar xəbərlər
Qazaxıstanda 4 mindən artıq ev su altında qalıb, 63 mindən çox insanı təxliyə edilib
ABŞ-də fırtına nəticəsində ölənlər var
Avstraliyada 130 mindən çox ev işıqsız qalıb
CAR-da daşqınlar 14 nəfərin həyatına son qoyub
Lənkəranda son durum: Yağış ciddi fəsadlar törədib - RƏSMİ AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"












